Astanada TDƏŞ, TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının koordinasiya toplantısı keçirilib

Posted by

Astanada TDƏŞ, TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının koordinasiya toplantısı keçirilibAstanada TDƏŞ, TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının koordinasiya toplantısı keçirilib

Astanada TDƏŞ, TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının koordinasiya toplantısı keçirilib

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının koordinasiya toplantısı keçirilib. Toplantıda qurumlar arasında əməkdaşlıq və əlaqələndirmə, dövlət başçılarının sentyabr ayında Astanada keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə olunub.

 

TDƏŞ-in baş katibi Ramil Həsənov təşkilatın fəaliyyəti və türkdilli dövlətlərin gənc diplomatlarının ikinci təhsil proqramı, qurumun BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında məlumat verib.

 

TÜRKPA-nın baş katibi Jandos Asanov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının prezidenti Darhan Kıdıralı və digərləri görülən işlər və fəaliyyət proqramı ilə bağlı çıxış ediblər. Toplantıda bu qurumlarla yeni təsis olunan Türk Mədəniyyət və Miras Vəqfi arasında əməkdaşlıq mexanizminin hazırlanması istiqamətində müzakirələr aparılıb. Bundan başqa, orta fəaliyyət planı, birgə strateji layihələrin həyata keçirilməsi, dövlətlərarası münasibətlərin inkişafında gənc liderlərin rolu, ortaq Diaspor Mərkəzinin yaradılması, ortaq tarix kitabı dərsliyinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

 

Ramil Həsənov deyib: “Türk Şurası prezidentlər nəzdində ali rəhbər qurum olduğu üçün biz bu təşkilatların hər birini öz himayəmizdə bir yerə toplayırıq. Fəaliyyətin əlaqələndirilməsi, ortaq iş planının hazırlanması, birgə strateji layihələrin həyata keçirilməsi, dövlət başçılarının bizə verdiyi tapşırıqlara uyğun olaraq görülən və görüləcək işlərlə bağlı geniş müzakirələr aparılır. Qəbul edilən qərarlar hər il keçirilən dövlət başçılarının sammitində nəzərə alınaraq müəyyən bəndlər şəklində əlavə olunur. Bu baxımdan bu gün Astana şəhərində Türk Şurasının himayəsində TÜRKPA, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə keçirdiyi koordinasiya toplantısı çox faydalı oldu”.

 

Astana görüşündə növbəti toplantının bu ilin noyabr ayında İstanbulda keçirilməsi qərara alınıb.

 

AzərTac.az