Azərbaycanda evdə təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat müavinət ödəniləcək
Azərbaycanda ümumtəhsil məktəblərində evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, eyni zamanda tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat müavinət ödəniləcək.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 15 aprel tarixli 108 nömrəli qərarına uyğun olaraq, müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək.
Apa.az