Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov mayın 12-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, vətəndaşların qəbulu mayın 12-si saat 11:00-da Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 may tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Apa.az