ƏƏSMN-nin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakterli olub

Posted by

ƏƏSMN-nin "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakterli olubƏƏSMN-nin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakterli olub

ƏƏSMN-nin "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakterli olub

Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “142-Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən edilən 10239 müraciətdən 9641-i (94,1%) nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.

 

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Digər 598 müraciətdə ayrı-ayrı şəxslərin əmək və sosial təminat hüquqlarına baxılması məsələləri, təklif və şikayətləri ifadə olunub. Bu kimi müraciətlər müvafiq müraciət vərəqəsi əsasında araşdırılması və rəsmi şəkildə cavablandırılması üçün ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinə göndərilib.

 

Ümumilikdə aprel ayında ƏƏSMN-nin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 4100-ü (40,04%) sosial təminat, 2617-i (25,56%) əmək qanunvericiliyi, 1584-ü (15,47%) nazirliyin elektron xidmətlərindən istifadə, 1059-u (10,34%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 879-u (8,59%) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.

 

142-“Çağrı mərkəzi” həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir və avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Burada müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sistemi mövcuddur. 142 nömrəsinə zəng edən vətəndaşa operator tərəfindən avtomatik şəkildə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu bildirilir. Müvafiq rəqəm yığıldıqdan sonra dərhal aidiyyəti məsələ ilə bağlı nazirliyin məsul əməkdaşı ilə əlaqə yaranır.

 

Trend.az