Xarici diplomatlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

Posted by

Xarici diplomatlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblarXarici diplomatlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

Xarici diplomatlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

Mayın 4-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə Bakıda səfərdə olan İsveçrədə akkreditə olunmuş bir qrup ölkənin səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri haqqında danışaraq, dünyanın siyasi arenasında baş verən proseslər fonunda dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, enerji və nəqliyyat strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, elm, təhsil və sosial sahələrdə aparılan islahatlar barədə qonaqlara məlumat verib.

 

Nazir E.Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olmasına başlıca maneə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu problemin indiyədək həllini tapmamasının səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

 

Səfirlər Azərbaycanın 23 illik müstəqillik dövründə əldə etdiyi nəzərəçarpacaq uğurlar barədə təəssüratlarını bölüşərək, dünyada artıq “Azərbaycan möcüzəsi” adlanan inkişaf modelinin formalaşdığını bildiriblər. Onlar Azərbaycanda insanların azad, firavan və gələcəyə böyük ümidlə yaşadıqlarının şahidi olduqlarını diqqətə çatdırıblar.

 

Qonaqlar Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdə xüsusilə son onillik ərzində qazandığı nailiyyətlərin birinci Avropa Oyunları kimi nəhəng idman tədbirlərinə ev sahibliyi etmək imkanı yaratdığını qeyd ediblər. Onlar Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliklərini bildiriblər.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AzərTac.az