İdarə Azərbaycanda yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
APA-nın BDYPİ-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş edir ki, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar bu il iyun ayının 1-dən 30-dək ə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsın.
Apa.az