Azərbaycanda seysmik rayonlarda bina tikintisinə dair tələblər müəyyənləşib

Posted by

Azərbaycanda seysmik rayonlarda bina tikintisinə dair tələblər müəyyənləşibAzərbaycanda seysmik rayonlarda bina tikintisinə dair tələblər müəyyənləşib

Azərbaycanda seysmik rayonlarda bina tikintisinə dair tələblər müəyyənləşib

Azərbaycanda seysmik rayonlarda tikilən və yenidən qurulan bina və qurğuların bünövrələrinə dair tələblər müəyyənləşib.

 

APA-nın məlumatına görə, bu tələblər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Svay bünövrələri. Layihələndirmə normaları” normativ hüquqi aktında əksini tapıb.

 

Seysmik rayonlarda svay bünövrələr üçün (eninə armaturlanmayan və toppuzşəkilli rostverk svaylardan başqa) bütün növ svaylar tətbiq edilməlidir. Beton svayların, yəni svay gövdəsinin bütün uzunluğu boyu armatur karkasları olmayan svayların tətbiqinə yol verilmir. Seysmik rayonlarda qoruyucu borular olmadan suyun artıq təzyiqi altında qazılan svayların qurulması qadağan edilir. Seysmik rayonlarda svay bünövrələrin layihələndirilməsi zamanı svayın ucunun qaya, iriparçalı qruntlara, sıx və orta sıxlıqlı qumlar və axıcılıq göstəricisi 0,5-dən kiçik və bərabər olan gilli qruntlara söykənməsi nəzərdə tutulmalıdır. Svayların aşağı uclarının su ilə doymuş qumlara, axıcılıq göstəricisi 0,5-dən böyü gilli qruntlara söykənməsi yol verilməzdir.

 

Seysmik rayonlarda svayın qrunta basdırılma dərinliyi 4 m-dən, svayın aşağı ucunun altındakı əsasda su ilə doymuş orta sıxlıqlı qumlar olduqda isə 8 m-dən az olmamalıdır. Seysmik təsirlərin imitasiyası ilə svayın çöl sınaqları nəticəsində alınmış müvafiq əsaslandırmalarla svayın basdırılma dərinliyinin azaldılmasına yol verilir. Qiymətli avadanlığa malik olmayan birmərtəbəli kənd təsərrüfatı binaları üçün svayın qaya qrunta söykəndiyi halda, onların qrunta basdırılma dərinliyi seysmik olmayan rayonlarda olduğu kimi qəbul edilir. Binanın kəsiyi həddində yükdaşıyan divarlar altındakı svay bünövrənin rostverki (svay başlıqlarını birləşdirən və yuxarıda yerləşən konstruksiyalardakı yükü svaylara paylayan tir və ya tava), bir qayda olaraq, kəsilməz və bir səviyyədə yerləşdirilməlidir. Svayın yuxarı ucu seysmik yükləməni nəzərə almaqla, hesablama ilə təyin edilən dərinlikdə rostverkə sərt tıxanmalıdır. Bina və qurğuların rostverksiz svay bünövrələrinin qurulmasına yol verilmir.

 

 

Apa.az