XİN: Türkiyə Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”ni tanımır
Türkiyə Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni tanımır. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat verir.
Türkiyə XİN-in yaydığı məlumatda qeyd olunur ki, işğal altında olan Dağlıq Qarabağda saxta “seçkilər”in keçirilməsi beynəlxalq hüquq normalarının, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulması deməkdir.
Apa.az