Azərbaycanda 100-200 metrdən hündür binalar tikiləcək ərazilərin qrunt əsasları müəyyənləşdirilib

Posted by

Azərbaycanda 100-200 metrdən hündür binalar tikiləcək ərazilərin qrunt əsasları müəyyənləşdirilibMüasir tektonik aktivlik aşkarlanan, sürüşmələr, sellər, uçqunlar olan ərazilərdə yüksək binaların tikilməsi üçün şərtlər açıqlanıb

Azərbaycanda 100-200 metrdən hündür binalar tikiləcək ərazilərin qrunt əsasları müəyyənləşdirilib

Azərbaycanda hündürlüyü 75 metrdən çox olan binaların yeraltı konstruksiya hissələrinin layihələndirilməsi zamanı geoloji şəraitdən asılı olaraq geoloji axtarış quyularının (bina altına yerləşdirilmə) sayı 5-dən az olmamalıdır.

 

APA-nın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Bina və qurğuların qrunt əsasları” texniki normativ hüquqi aktında əksini tapıb.

 

Eyni zamanda mövcud tikililərin yaxınlığında inşa edilən bina və qurğuların yeraltı hissələrinin hesablanması və layihələndirilməsi zamanı onların həm özlərinin, həm də mövcud tikililərin bütün inşaat mərhələləri və istismar müddətində möhkəmliyi, etibarlığı, uzunömürlüyü və ətraf mühitin saxlanılması təmin edilməlidir.

 

Mühəndis-geoloji axtarış prosesində geoloji çatların, qırışıqlı strukturları, qaya qruntlarının dağılma sahələri yaxud çatlılığı, həmçinin də tektonik proseslərin digər qədim və müasir əlamətləri aşkar olunmalıdır. Bildirilib ki, bunun üçün tədqiqatların geofiziki üsullarının tətbiqi tövsiyə olunur. Mühəndis-geoloji axtarışların nəticələri tikinti meydançasının müasir tektonik aktivliyini özündə əks etdirməlidir. Müasir tektonik aktivlik aşkar olunan tikinti meydançalarında, təhlükəli geoloji proseslər olan (sürüşmələr, sellər, uçqunlar, karst və s.), həmçinin də işlənmiş ərazilərdə yüksək bina və qurğuların yerləşdirilməsi yolverilməzdir. Təhlükəli geoloji proseslərin ehtimal olunduğu meydançalarda yüksək bina və qurğuların yerləşdirilməsinə belə proseslərin aktivləşməsinin qarşısını alan tədbirlərin layihələndirilməsi halında yaxud da bina və qurğunun tələb olunan təhlükəsizlik dərəcəsi təmin olunduqda yol verilir. 100 m-dən hündür bina və qurğuların əsasları layihələndirilərkən qruntların deformasiya modulu qrunta görə etibarlıq 1,1 götürməklə hesablanmalıdır. 200 m-dən hündür binalar üçün etibarlılıq əmsalının qiyməti xüsusi texniki şərtlərlə əsaslandırılmaqla artırıla bilər. Yüksək binaların əsaslarını, özüllərini və həmçinin binanın yeraltı hissələrinin konstruksiyalarını layihələndirərkən tikintidə son elmi-texniki nailiyyətlər üzrə işlər nəzərdə tutulmalıdır. Yüksək binaların əsaslarının hesablanması bütün hallarda binaların məsuliyyətliyi üzrə etibarlılıq əmsalı nəzərə alınmaqla birinci və ikinci qrup həddi-hallara görə aparılmalıdır.

 

Qeyd edilib ki, qrunt əsasların çökmələrinin hesablanması daimi və uzunmüddətli (xüsusən külək yükü) yüklər daxil olmaqla əsas yük birləşmələrinə görə, o cümlədən bünövrələrin əyintilərinin daimi, uzunmüddətli və qısamüddətli əsas yük birləşmələrinə görə hesablanması qruntların müxtəlif deformasiya xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

 

Apa.az