Elmar Mәmmәdyarov aprelin 30-da Parisdə hәmsәdrlәrlә görüşәcәk
Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov aprelin 30-da ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri ilә görüşәcәk.
APA-nın mәlumatına görә, bu barәdә E. Məmmədyarov belçikalı hәmkarı Didye Reynderslә görüşdәn sonra keçirilən mәtbuat konfransında deyib.
Nazirin sözlərinə görә, görüş Parisdә baş tutacaq.
Qeyd edək ki, həmsədrlərin aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.
Apa.az