Bakıda hansı hallarda şagirdlərin I sinfə qəbul edilməyəcəyi açıqlanıb

Posted by

Bakıda hansı hallarda şagirdlərin I sinfə qəbul edilməyəcəyi açıqlanıbBakıda hansı hallarda şagirdlərin I sinfə qəbul edilməyəcəyi açıqlanıb

Bakıda hansı hallarda şagirdlərin I sinfə qəbul edilməyəcəyi açıqlanıb

Bakı məktəblərində uşaqların ümumtəhsil müəssisəsinin I sinfinə qəbulundan imtinaya əsas verən səbəblər açıqlanıb.

 

APA-nın xəbərinə görə, uşağın ümumtəhsil müəssisənin I sinfinə qəbuluna bəzi hallarda imtina edilə bilər. Elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırılması, müsahibə prosesində uşağın fiziki və əqli inkişafında qüsurların müəyyən edilməsi və qanunvericiliyin tələblərinin pozulması halları baş verərsə, uşağın 1-ci sinfə qəbulundan imtina mümkündür.

 

Müsahibə prosesində uşağın fiziki və əqli inkişafında qüsurların müəyyən edildiyi halda valideynə sağlamlıq imkanı məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və ya psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsləhətlərə baxmaq məqsədilə Bakıda yaradılan Psixoloji-tibbi pedaqoji komissiyaya müraciət etməsi tövsiyə olunur.

 

Bütün hallarda imtina işçi qrup tərəfindən əsaslandırılmalıdır. Bundan sonra valideyn appelyasiya komissiyasına müraciət edə bilər.

 

Şagird yerlərinin sayı müraciət edənlərin sayından az olarsa, uşağın bu məktəbdə qəbuluna bəzi hallarda üstünlük verilir. Bunlara uşağın məktəbə yaxın ərazidə yaşaması, həmin məktəbdə Təhsil Nazirliyinin təşkil etdiyi məktəbəhazırlıq qrupunda təhsil alması və oranı bitirməsi haqqında arayışın olması, qohumlarının bu məktəbdə oxuması və ya işləməsi daxildir. İşçi qrupun fəaliyyətinin II mərhələsində uşaqların bu bənddə qeyd olunan göstəricilərə uyğun yerləşdirilməsi başa çatdıqdan sonra boş qalan şagird yerlərinə qəbul elektron ərizənin qeydiyyat vaxtına əsasən aparılır.

 

Məktəbdə şagird yerlərinin çatışmazlığı səbəbindən uşaqların müəssisəyə qəbulu mümkün olmadıqda həmin uşaqların valideynlərinə yaxın ərazidə yerləşən digər məktəbi seçmək təklif olunur.

 

Apa.az