Vaşinqtonda Türkiyə səfirliyi qarşısında türk və Azərbaycan icmalarının etiraz nümayişi olub

Posted by

Vaşinqtonda Türkiyə səfirliyi qarşısında türk və Azərbaycan icmalarının etiraz nümayişi olub

Vaşinqtonda Türkiyə səfirliyi qarşısında türk və Azərbaycan icmalarının etiraz nümayişi olub

 

 

Vaşinqtonda Türkiyə səfirliyi qarşısında türk və Azərbaycan icmalarının etiraz nümayişi olub

Aprelin 24-də Vaşinqtonda və ABŞ-ın bir sıra digər şəhərlərində ermənilərin qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı nümayişi olub. ABŞ Prezidentinin 1915-ci il hadisələrinə həsr olunmuş ənənəvi nitqində “soyqırımı” sözünü işlətməsinə nail ola bilməyən erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında kütləvi şou təşkil ediblər.

 

Vaşinqtonun erməni icması üzvlərinin, erməni lobbiçilərinin və Ermənistan səfirliyi əməkdaşlarının təqribən 200 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısına toplaşıb. Nümayişçilərin çox hissəsini uşaqlar təşkil edib. Onların çoxu Erməni İnqilabçı Federasiyasının – “Daşnaksütyun”un gənclər cinahının erməni ”pionerləri” forması geyinmiş nümayəndələri olub. Ən aqressiv şüarların məhz beyinləri qondarma “soyqırımı” haqqında nağıllarla doldurulmuş bu yeniyetmə nümayişçilər tərəfindən səslənməsi göz qabağında idi.

 

Türk, mesxeti türkü və Azərbaycan icmalarının yüzlərlə nümayəndəsi küçənin o biri tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər.

 

Tədbirin əsas “mövzusu” “Erməni soyqırımının xatirə günü” olsa da, erməni icmasının şüarlarının çoxunu məhz ərazi iddiaları ilə bağlı “Muş Ermənistandır”, “Şərqi Türkiyə Qərbi Ermənistandır”, “Biz öz torpaqlarımızı və təzminatlar tələb edirik!” kimi çağırışlar təşkil edib. Bu, erməni lobbisinin həqiqi məqsədini – Türkiyənin ərazisinin bir hissəsini Ermənistana güzəştə getməyə və təzminat şəklində pul vəsaiti ödəməyə məcbur etmək istəyini bir daha sübut edir. Ermənilər nümayiş zamanı bir neçə dəfə fiziki qarşıdırmaya təhrik etmək cəhdi göstəriblər, lakin polisin və Türkiyə səfirliyinin təhlükəsizlik xidmətinin çevik reaksiyası sayəsində onların provokasiyası kütləvi davaya çevrilməyib.

 

Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üstündə Xocalı qırğını haqqında faktların təqdim olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar.

 

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.

 

AzərTac.az