Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Posted by

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblərProkurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Aprelin 25-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçiriblər. Bu barədə Trend Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verib.

 

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin tədbirlərin davamı olaraq IDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsi çərçivəsində birliyin təsis edildiyi dövrdən etibarən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilmişdir.

 

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ağacəkmə kampaniyası keçirmişdir.

 

Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə beş yüzdən artıq Eldar şamı və zeytun ağacları əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.

 

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuş, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 

Trend.az