Vətəndaşlara şəxsiyyət vəsiqələrinin səyyar verilməsi davam edir
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbirlər Xəzər, Binəqədi RPİ-lər və Göyçay RPŞ-nin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.
Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Xəzər rayonunun Binə qəsəbəsində 125, Binəqədi rayonunda 348, Göyçay rayonunda isə 236, ümumilikdə, 709 nəfərin müvafiq sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Trend.az