Cavid Qurbanov və Eldar Əzizov Sumqayıt sərnişin stansiyasında yenidənqurma işləri ilə tanış olublar
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində olub, əsaslı təmir işlərinin gedişi ilə tanış olub.
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 24 km yol əsaslı təmir olunub. Hazırda Keşlə-Biləcəri mənzilində əsaslı təmir işləri davam edir. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
C. Qurbanov Sumqayıt sərnişin stansiyasının yenidənqurulması üçün təqdim olunan layihələrə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovla birgə baxıb.
Apa.az