Avropa Şurası Nazirlər Komitəsinin sədri gələn həftə Azərbaycana səfər edəcək

Posted by

Avropa Şurası Nazirlər Komitəsinin sədri gələn həftə Azərbaycana səfər edəcəkDidye Reynders qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olacaq

Avropa Şurası Nazirlər Komitəsinin sədri gələn həftə Azərbaycana səfər edəcək

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Belçikanın xarici işlər naziri Didye Reynders rəhbərlik etdiyi qurumun fəaliyyətinə dair hesabat verib.

 

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, belçikalı nazir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayevin «Azərbaycanda məcburi köçkünlərin yurd-yuvaları işğal edildikdən onlar öz bölgələrində bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Bəs onların bu konstitusion hüquqlarının pozulmasına kim cavabdeh olmalıdır? Bundan əlavə, bilmək istərdim ki, Dağlıq Qarabağda qanunsuz saxlanılan iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilmələri üçün biz nə edə bilərik?» sualını cavablandırıb.

 

Gələn həftə Ermənistan və Azərbaycana səfər edəcəyini bildirən D. Reynders bu kimi hadisələrin ciddi narahatlıq doğurduğunu söyləyib: «Münaqişə zonasında baş verən belə hadisələr bizi olduqca narahat edir. Əlbəttə ki, bu problemlər hərbi yolla həll edilə bilməz. Dağlıq Qarabağ münaqişəsi aparıcı rol oynayan ATƏT-in və eyni zamanda Avropa Şurasının vasitəçiliyi ilə siyasi yolla həll olunmalıdır. Qaçqın və məcburi köçkünlərin vəziyyətinə gəldikdə, hansı vəziyyətdə yaşadıqlarını görmək üçün ilk növbədə onlarla görüşə bilməliyik. Bütün ölkələrin hökumətlərinə çağırış edərək demək istəyirəm ki, onlar qaçqınları görməyimiz üçün bizə şərait yaratmalıdır. Bu onların həm de-yure, həm də de-fakto vəzifəsidir. Bir çox təşkilatlar var ki, onlar bu məsələlərdə yardım edə bilərlər. Avropa Şurası da əsas təşkilatlardan biridir”.

 

O bildirib ki, gələn həftə Azərbaycana səfəri zamanı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olacaq.

 

Apa.az