Azərbaycanda 20 Vt gücündə antenaların yaşayış binalarının çardağında yerləşdirilməsi üçün şərtlər açıqlanıb

Posted by

Azərbaycanda 20 Vt gücündə antenaların yaşayış binalarının çardağında yerləşdirilməsi üçün şərtlər açıqlanıbAzərbaycanda 20 Vt gücündə antenaların yaşayış binalarının çardağında yerləşdirilməsi üçün şərtlər açıqlanıb

Azərbaycanda 20 Vt gücündə antenaların yaşayış binalarının çardağında yerləşdirilməsi üçün şərtlər açıqlanıb

Səhiyyə Nazirliyinin Kollegiyası “Peyk rabitəsinin yer stansiyalarının sanitariya-epidemioloji nəzarəti orqanları ilə razılaşdırılması tələb olunmayan yerləşdirmə şərtləri”ni təsdiq edib.

 

APA-nın məlumatına görə, bu şərtlər ötürücü qurğusunun iş gücü 20 Vt qədər, antenasının diametri 3,5 metrə qədər olan, 5775-6525 və 13750-14500 MHz iş tezlikli peyk rabitəsinin yer stansiyalarına şamil olunur (obyektdə sanitariya-epidemioloji nəzarəti orqanları ilə razılaşdırılması tələb olunan digər ötürücü radiotexniki vasitələrin olmaması şərti ilə).

 

Ötürücü radiotexniki obyektin texniki ərazisinin sərhədləri – ötürücü antenanın şüalandırma mərkəzindən qabağa, antenanın güzgüsünün qırağından 90° dərəcə bucağında kənarlara və qıraq nöqtəsindən arxaya tərəf istiqamətlərdə hesablanır. Antenalar iki və daha çox mərtəbəli binaların çardağında quraşdırıldığı halda binanın ətrafında ötürücü radiotexniki obyektin texniki ərazisinin müəyyənləşdirilməsi tələb olunmur. Antenalar istehsalat, yaşayış və qeyri yaşayış binalarının çardağında quraşdırıldığı halda onlar aşağıdakı şərtlərin birinə riayət edilməklə divarların kənarından 2 metrdən az olmayan məsafədə yerləşdirilməlidir:

 

– yuxarı mərtəbənin dəmir-beton örtüyünün olması;

– metal dam örtüyünün olması və ya ötürücü radiotexniki obyektin texniki ərazisinin ekranlaşdıran metal təbəqə ilə örtülməsi;

– texniki mərtəbənin olması.

 

Antenanın şüalandırma oxundan ən yaxın tikiliyə qədər məsafə ən azı 7 metr olmalıdır. Peyk rabitəsinin yer stansiyasının mülkiyyətçisi (istifadəçisi) obyektin istismara buraxılması barədə dövlət sanitariya-epidemioloji nəzarət orqanını xəbərdar etməli və stansiyanın parametrlərini (quraşdırma hündürlüyü, ötürücünün iş gücü, şüalanma istiqamətinin üfüqə nisbətdə bucağı və şüalanma azimutu), quraşdırma ünvanını, texniki ərazinin ölçülərini və antenanın şüalandırma oxundan ən yaxın tikiliyə qədər məsafəni, antena avadanlıqlarının yerləşdirmə parametrlərini göstərməlidir.

 

Apa.az