Azərbaycanda korrupsiyanın vəziyyəti qiymətləndirildi: diqqət çəkən faktlar və rəqəmlər

Posted by

Azərbaycanda korrupsiyanın vəziyyəti qiymətləndirildi: diqqət çəkən faktlar və rəqəmlərAzərbaycanda korrupsiyanın vəziyyəti qiymətləndirildi: diqqət çəkən faktlar və rəqəmlər

Azərbaycanda korrupsiyanın vəziyyəti qiymətləndirildi: diqqət çəkən faktlar və rəqəmlər

2015-ci ilin birinci rübü ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib.

 

Trend xəbər verir ki, bunu Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

 

K.Əliyev bildirib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18. 556. 668 manat məbləğində ziyanın 5. 894. 138 manatı və ya 31,7 %-nın ödətdirilməsi təmin edilmiş, cinayət işləri üzrə 104. 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülümüşdür.

 

Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verlmişdir.

 

Onun sözlərinə görə, 2015-ci ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanmışdır. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasənda başlanmışdır.

 

Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilmiş, 2 nəfər tutularaq istintaqa təhvil verilmiş, 21 şəxs isə beynəlxalq axtarışa verilmişdir.

 

2015-ci ilin birinci rübü ərzində Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılmış, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülmüşdür.

 

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olmuş, 476 şəxs Baş İdarədə qəbul edilmişdir. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilmişdir.

 

2015-ci ilin birinci rübü ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olmuş, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olmuşdur.

 

Daxil olmuş 1677 müraciətin 111-i Baş İdarədə araşdırılmış, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

 

2015-ci ilin birinci rübündə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.

 

Trend.az