Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da yüksək vəzifəyə seçilib

Posted by

Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da yüksək vəzifəyə seçilib

Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da yüksək vəzifəyə seçilib

 

 

Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da yüksək vəzifəyə seçilib

Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova aprelin 21-də qurumda keçirilən səsvermə nəticəsində qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi vəzifəsinə seçilib.

 

Danimarkalı deputatla müqayisədə daha çox səs alaraq bu vəzifəyə seçilən S.Qafarova bundan sonra qadınlara qarşı zorakılıqla mübarizədə qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rol oynayacaq. Onun bu vəzifədə əsas rolu qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində ictimaiyyətin, hökumətin və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması olacaq.

 

S.Qafarova, eyni zamanda, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini icra edəcək. Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir.

 

Məsələyə münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib: Nümayəndə heyətimizin üzvü Sahibə Qafarova seçki yolu ilə ilk dəfə AŞPA-da çox mühüm və vacib vəzifəyə- qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi seçilib. Bundan sonra AŞPA-da bütün müvafiq proqramlar S.Qafarovanın nəzarəti altında olacaq. Eyni zamanda, Avropa Şurası ilə BMT arasında bununla bağlı bütün məsələlərin həlli azərbaycanlı deputata etibar edilib. Bu isə özlüyündə Azərbaycan nümayəndə heyətinin növbəti uğurudur.

 

AzərTac.az