Səyyar ASAN xidmət Pirallahıda

Posted by

Səyyar ASAN xidmət PirallahıdaSəyyar ASAN xidmət Pirallahıda

Səyyar ASAN xidmət Pirallahıda

Bakı şəhər sakinləri aprelin 20-30-da Səyyar ASAN xidmətindən Pirallahı rayonunda yararlana biləcəklər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) informasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

Notariat fəaliyyəti;

 

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

 

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

 

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

 

Əmək pensiyalarının təyin edilməsi;

 

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

 

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

 

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsilə səyyar formada əhaliyə xidmətlər göstərilir.

 

Trend.az