Yol-hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişi sadələşdirilir
Azərbacan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” Bakının ictimai yerlərində ödəniş terminallarını quraşdırmağa başlayıb. Bu barədə bazar ertəsi Trend-ə “ASAN xidmət”dən bildiriblər.
Artıq belə terminal paytaxtın iri ticarət-əyləncə komplekslərinin birində quraşdırılıb. Perspektivdə bütün Azərbaycan üzrə terminal şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Hazırda vətəndaşlar terminallar vasitəsilə yol-hərəkət qaydalarının (YHQ) pozulmasına görə cəriməni ödəyə bilərlər. Qurğu nağd vəsaitlərin qəbulu üçün slotlarla təchiz edilib.
Cəriməni ödəmək üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır.
Hazırda terminallar “ASAN xidmət”in Bakının Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən bəzi mərkəzlərində quraşdırılıb.
Bundan başqa, vətəndaşlar hazırda bank kartlarından istifadə etməklə “ASAN Ödəniş” (asanpay.az) portalının köməkliyilə ödənişlər həyat keçirə bilirlər.
Trend.az