Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində 2015-ci il üzrə əmək yarmarkalarının təşkilinə başlanıb.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində 2015-ci il üzrə əmək yarmarkalarının təşkilinə başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilk əmək yarmarkasının aprelin 14-də İsmayılı rayonunda keçirilməsi nəzərdə tutulur. Rayonun Gənclər Mərkəzində təşkil olunacaq aktiv məşğulluq tədbirində 46-sı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Onlardan 122-si qulluqçu, 143-ü fəhlə peşələri üzrə olan iş yerləridir.
Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı da aparılacaq.
Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin 2015-ci ilə dair İş Planına əsasən, cari ildə respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının, habelə ayrı-ayrı ali təhsil müəssisələrində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkil olunması nəzərdə tutulur.
Trend.az