Azərbaycanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları təsdiq edildi

Posted by

Azərbaycanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları təsdiq edildiAzərbaycanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları təsdiq edildi

Azərbaycanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları təsdiq edildi

Azərbaycan Nazirlər Kabineti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nı təsdiq edib.

 

Trend-in məlumatına görə, bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanıb.

 

Qaydaya əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır.

 

Bundaən əlavə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla), valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduqda (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla), valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olduqda, valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduqda aparılır.

 

Trend.az