QHT-lərə Dövlət Dəstəyi Şurası ilə AİB arasında əməkdaşlığa dair təkliflər hazırlanacaq

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə AİB arasında əməkdaşlığa dair təkliflər hazırlanacaqQHT-lərə Dövlət Dəstəyi Şurası ilə AİB arasında əməkdaşlığa dair təkliflər hazırlanacaq

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə AİB arasında əməkdaşlığa dair təkliflər hazırlanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Olli Noroyono ilə görüş keçirilib.

 

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AİB-in ölkə ofisinin rəhbəri bankın fəaliyyəti haqqında məlumat verərək Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. O.Noroyono təmsil etdiyi bankın Azərbaycanda bir sıra layihələrə dəstək verdiyini və bu fəaliyyətin gələcəkdə də davam etdirilməsi niyyətində olduqlarını bəyan edib.

 

Şura sədri, millət vəkili A.Quliyev Şuranın fəaliyyəti haqqında qonağa məlumat verərək dövlətin QHT-lərin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında danışıb.O, Asiya İnkişaf Bankının əməkdaşlıq təklifini müsbət qiymətləndirdiyini və diqqətlə araşdırılacağını qeyd edib.

 

Görüşdə iki qurum arasında əməkdaşlığa dair konkret təkliflərin hazırlanması istiqamətində razılıq əldə olunub.

 

Trend.az