Goranboyda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət göstərilib
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
DİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir Goranboy rayonunun Dəliməmmədli şəhərində baş tutub. Goranboy rayon Polis Şöbəsinin müvafiq qurum əməkdaşlarının da iştirak etdikləri, üç gün ərzində davam etmiş anoloji xidmət zamanı, ümumilikdə, 1250 rayon sakininin müvafiq sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Trend.az