ATƏT/DTİHB Azərbaycan ilə institusional səviyyədə əməkdaşlığı davam etdirmək niyyətindədir

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində qərəzli fəaliyyətinin ciddi təəssüf doğurduğunu diqqətə çatdırıb. O, seçkilərdə Büronun müşahidəçilərinin qərəzli və qeyri-obyektiv davranışları ilə fərqləndiklərini deyərək, bu təsisatın müəyyən dairələrin əlində siyasi alətə çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yeni təyin olunmuş direktorun rəhbərliyi altında daha müstəqil təsisat olacağına və üzv dövlətlərin ona bəslədiyi etimadı doğruldacağına inandığını qeyd edib.

Mixael Link Azərbaycana səfəri müddətində məhsuldar görüşlər keçirdiyini qeyd edərək, səsləndirilən məqamların ciddi surətdə nəzərə alındığını və təşkilatın Azərbaycan ilə institusional səviyyədə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

AzərTac.az