Azərbaycanda uşaq hüquqları və əmək pensiyaları ilə bağlı vətəndaşlıqdan çıxmanın şərtləri dəyişdirilir
Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, komitənin iclasında “Uşaq hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
Dəyişikliklərə əsasən, Azərbaycanda uşaq hüquqları və əmək pensiyalarına dair qanunvericlikdə vətəndaşlıqdan çıxma ilə bağlı şərtlər dəyişdirilir.
Dəyişiklilər ötən ilin yaz sessiyasında qəbul olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlıdır.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, hər iki qanunun müvafiq maddələrində “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Trend.az