Rabitə və yüksək texnologiyalar naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

Posted by

Rabitə və yüksək texnologiyalar naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

Yanvarın 30-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Şirvan şəhərində vətəndaşları qəbul edib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildiriblər ki, nazir Əli Abbasov qəbuldan əvvəl Şirvan şəhərində dünya standartlarına cavab verən yeni təmir olunmuş poçt şöbəsinin açılış mərasimində iştirak edib.

 

Açılış mərasimində, həmçinin Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Dünya Bankının nümayəndələri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur şöbələrinin əməkdaşları iştirak ediblər.

 

Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində poçt və abunə şöbəsi ən müasir telekommunikasiya avadanlıqları ilə təmin olunub.

 

Daha sonra nazir Şirvan şəhərindən, Hacıqabul və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.

 

Qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı da təmin olunub. Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

 

Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, internet, poçt, televiziya və radioyayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

 

 

 

 

AzərTac.az