AŞPA-nın iclasında Xocalı soyqırımından bəhs edilib

Posted by

AŞPA-nın iclasında Xocalı soyqırımından bəhs edilib

AŞPA-nın iclasında Xocalı soyqırımından bəhs edilib

 

 

AŞPA-nın iclasında Xocalı soyqırımından bəhs edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 28-də keçirilən yığıncağında ermənilər yenə ölkəmizə qarşı qara yaxmağa cəhd göstəriblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva onların yalanlar üzərində qurulan çıxışlarına cavab olaraq Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklərdən söhbət açıb.

 

Bir ay sonra Xocalı soyqırımının 23-cü ildönümünün qeyd olunacağını xatırladan deputat insanlıq əleyhinə bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün AŞPA-nı addımlar atmağa, səyləri artırmağa çağırıb.

 

Q.Paşayeva deyib ki, hansı üzv ölkənin ərazisində baş verməsindən asılı olmayaraq terrora, soyqırımına və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. Xocalıda aralarında uşaqların, qadınların da olduğu yüzlərlə dinc insan amansızlıqla qətlə yetirildi, ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu. Amma təəssüf ki, biz avropalı siyasətçilərin, liderlərin bir çoxundan bunu pisləyən, öz etirazını bildirən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Qətliama məruz qalmış insanların ailələri sizi bu soyqırımını pisləməyə, onu törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırırlar. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. Avropa məkanında, bütün dünyada gərginliyin azalmasını istəyiriksə bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir.

 

AzərTac.az