Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb

Posted by

Kəmaləddin Heydərov iranlı nazirlə görüşübKəmaləddin Heydərov iranlı nazirlə görüşüb

Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir K.Heydərov bildirib ki, iki ölkə prezidentlərinin səyləri nəticəsində intensiv inkişaf edən ikitərəfli əlaqələr yeni vüsət alıb. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.

 

İranlı nazir səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından bəhs edib. O, iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

 

Trend.az