Həmsədrlər yaxın iki ay ərzində regiona səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri martın sonuna kimi Azərbaycana və Ermənistana səfər edəcəklər.
Bu barədə çərşənbə günü Тrend-ə Fransanın Azərbaycandakı səfir Paskal Mönye bildirib.
Onun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyən edilməyib, lakin səfər yaxın iki ay ərzində baş tutacaq.
Trend.az