Mübariz Qurbanlı dini icmaların yaradılması və qeydiyyatı ilə bağlı vədlər verdi

Posted by

Mübariz Qurbanlı dini icmaların yaradılması və qeydiyyatı ilə bağlı vədlər verdiMübariz Qurbanlı dini icmaların yaradılması və qeydiyyatı ilə bağlı vədlər verdi

Mübariz Qurbanlı dini icmaların yaradılması və qeydiyyatı ilə bağlı vədlər verdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib.

 

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərindəki Mədəniyyət sarayında Sumqayıt, Abşeron və Xızı rayonlarından olan 20-ə yaxın vətəndaşı qəbul edib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

 

Komitə sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

 

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Trend.az