Norveç QHT-ləri Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib

Posted by

Norveç QHT-ləri Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edibNorveç QHT-ləri Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib

Norveç QHT-ləri Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib

Norveçin 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Saqene Beynəlxalq və Multikultural Könüllülər Mərkəzi (Sagene International and Multicultural Volunteer Center – SAIFF) Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edib. Trend xəbər verir ki, bu barədə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev bildirib.

 

Norveç QHT-lərinin bəyanatında bildirilir ki, “Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb”.

 

Sənəddə qeyd edilir ki, Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili mövcud idi. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.

 

Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlayıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal edib.

 

İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıtmış, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair UNESCO-nun 1972-ci il konvensiyalarına ziddir.

 

“SAİFF”-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”, – deyə sənəddə bildirilir.

 

Trend.az