Azərbaycanda yarım milyondan çox insana biometrik ümumvətəndaş pasportu verilib

Posted by

Azərbaycanda yarım milyondan çox insana biometrik ümumvətəndaş pasportu verilibAzərbaycanda yarım milyondan çox insana biometrik ümumvətəndaş pasportu verilib

Azərbaycanda yarım milyondan çox insana biometrik ümumvətəndaş pasportu verilib

Azərbaycanda şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi ilə əlaqədar 2014-cü il ərzində hər hansı neqativ hal qeydə alınmayıb və vətəndaş məmnunluğu tam təmin edilib. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər.

 

Ötən il İdarənin Pasport şöbəsi, həmçinin bölgələr üzrə regional şöbələri tərəfindən ölkə vətəndaşlarına ümumilikdə 209 min 606 ümumvətəndaş pasportu verilib.

 

Ümumilikdə, pasport sistemi üzrə aparılan islahatın başlandığı dövrdən, yəni 2013-cü ilin sentyabr ayından 31.12.2014-cü il tarixədək ölkə əhalisinə ümumilikdə 558 869 ümumvətəndaş pasportu verilib və onların hamısı biometrik olub.

 

Bundan əlavə, 2014-cü il ərzində 1 milyon 165 min 565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Müvafiq sənədlə təmin olunanlardan 829 min 310-u 16 yaşından yuxarı, 336 min 255-i isə 16 yaşa çatmamış şəxslər olub. Bakı şəhəri üzrə 69 min 582, Naxçıvan Muxtar Respublikası üzrə 39 min 018, respublikanın digər şəhər və rayonları üzrə 1 milyon 56 min 965 şəxsiyyət vəsiqəsi verilib.

 

İslahat başlayandan, yəni 13.09.2001-ci ildən 31.12.2014-cü il tarixədək Azərbaycan respublikası vətəndaşlarına 7 milyon 105 min 739 (Bakı şəhəri üzrə 1 milyon 660 min 187) şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Onlardan 16 yaşından yuxarı 6 milyon 512 min 994 (Bakı şəhəri üzrə 1 milyon 501 min 466), 16 yaşa çatmamış şəxslərə isə 592 min 795 (Bakı şəhəri üzrə 158 min 970) şəxsiyyət vəsiqəsi verilib.

 

İdarədən həmçinin bildiriblər ki, 2015-ci il dekabrın 1-dən etibarən ölkədə biomerik şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.

 

Trend.az