Azərbaycan-Slovakiya əlaqələri intensiv inkişaf səviyyəsinə malikdir

Posted by

Azərbaycan-Slovakiya əlaqələri intensiv inkişaf səviyyəsinə malikdir

Azərbaycan-Slovakiya əlaqələri intensiv inkişaf səviyyəsinə malikdir

 

 

Azərbaycan-Slovakiya əlaqələri intensiv inkişaf səviyyəsinə malikdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Miroslav Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini söyləyib, iqtisadiyyat, enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

 

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə, xüsusilə investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin imzalanmasına ehtiyac var.

 

Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən Elmar Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.

 

Miroslav Layçak Elmar Məmmədyarovu bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştiraka dəvət edib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən Elmar Məmmədyarov bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

 

Miroslav Layçak bölgənin sabitliyi və regiondakı münaqişələrin sülh yolu ilə həllinə dəstəklərini ifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini və Minsk qrupu formatı çərçivəsində münaqişənin həllini dəstəklədiklərini diqqətə çatdırıb.

 

Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub və qarşılıqlı şəkildə diplomatik təmsilçiliklərin təsis olunmasına dair razılıq ifadə edilib.

 

Görüşdən sonra hər iki nazir tərəfindən birgə mətbuat konfransı keçirilib.

 

AzərTac.az