Səməd Seyidov və Asim Mollazadə ABŞ-a gedirlər

Posted by

Səməd Seyidov və Asim Mollazadə ABŞ-a gedirlərSəməd Seyidov və Asim Mollazadə ABŞ-a gedirlər

Səməd Seyidov və Asim Mollazadə ABŞ-a gedirlər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

 

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.

 

Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

 

Səfər fevralın 4-də başa çatacaq.

 

Trend.az