İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb

Posted by

İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb

İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb

 

 

İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb

Yanvarın 24-də Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirilib.

 

AzərTAc xəbər verir ki, yığıncaqda Ali Məhkəmənin, inzibati-iqtisadi, hərbi və apelyasiya məhkəmələrinin assosiasiyanın üzvü olan hakimləri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

 

Assosiasiyanın sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək hesabat dövründə – ötən üç il ərzində qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

 

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanda qazanılan sosial-iqtisadi uğurlardan danışıb, məhkəmə sistemində aparılan mütərəqqi islahatların konkret nəticələrini vurğulayıb.

 

Dövlətimizin başçısının tapşırıqları əsasında ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər xüsusi qeyd edilib.

 

Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, hakimlərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarının tikilməsi üzrə görülən işlər diqqətə çatdırılıb.

 

Qeyd edilib ki, Azərbaycanda İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb.

 

Tədbirdə Azərbaycanda məhkəmə sisteminin inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərov “Avropa Məhkəməsinin qərarlarından irəli gələn məsələlər” mövzusunda çıxış edib.

 

Sonra “Azərbaycan Respublikasında inzibati hüququn islahatı, inkişaf və perspektivlər”, “İnzibati-iqtisadi məhkəmələrdə işlərə baxılarkən prosessual qanunvericiliyin tətbiqinin xüsusiyyətləri və problemləri”, “Birinci instansiya məhkəmələri tərəfindən inzibati-iqtisadi mübahisələrə baxılan zaman yol verilən nöqsanlar”, “İnzibati icraat qaydasında baxılan işlər üzrə bəzi məsələlər barəsində”, “Hərbi məhkəmələrdə işlərə baxılarkən prosessual qanunvericiliyin tətbiqinin xüsusiyyətləri və problemlər” və “Hərbi məhkəmələr tərəfindən işlərə baxılan zaman yol verilən nöqsanlar” mövzularında çıxışlar edilib, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb.

 

Son illər ərzində assosiasiyanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi barədə məlumat verilib.

 

Yığıncaqda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqlarının yaradılması məsələsinə baxılıb, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin nizamnaməsinə dəyişikliklər və əlavələr edilib, assosiasiyanın idarə heyətinin yeni tərkibi seçilib.

 

AzərTac.az