Azərbaycanda hərbi təyinatlı silahların reklamı ilə bağlı qadağa

Posted by

Azərbaycanda hərbi təyinatlı silahların reklamı ilə bağlı qadağaAzərbaycanda hərbi təyinatlı silahların reklamı ilə bağlı qadağa

Azərbaycanda hərbi təyinatlı silahların reklamı ilə bağlı qadağa

Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir.

 

Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bu, parlamentin fevralın 2-də keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanun layihəsində nəzərdə tutulub.

 

Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

 

İcazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər.

 

Qanun layihəsi priotexnik vasitələrin də reklamını qadağan edir.

 

Trend.az