Türkiyə parlamentinin sədri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyib
Türkiyə Böyük Millət Məclisinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının yeni sədri Cəmil Çiçək Konfransın 10-cu sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləyib.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunduğunu diqqətə çatdıran Cəmil Çiçək bildirib ki, işğal nəticəsində yurd-yuvasından didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqları pozulub. Türkiyə parlamentinin sədri deyib ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcək.
AzərTac.az