Misirdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Posted by

Misirdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Misirdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Misirdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Misirdəki səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir təşkil edib.

 

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Misirin siyasi-ictimai xadimləri, Qahirə və Ayn Şəms universitetlərinin tələbələri, Azərbaycan diasporu və tələbələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən səfir Şahin Abdullayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib. Səfir Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb və 20 yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumat verib.

 

Təbdir zamanı qanlı 20 yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında bəhs edilib və SSRİ prezidenti Mixail Qarbaçovun əmri ilə Sovet qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar tarixində Bakıda törədilmiş qanlı hadisələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 

90-cı illərdə Misir parlamentinin üzvü olmuş, o zamanlar Misir parlamentində çıxış edərək, Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə SSRİ-yə etirazını bildirən, tanınmış hüquqşünas Dəmirdaş Əl-Uqali səfirliyin təşkil etdiyi tədbirdə iştirak edib və tədbirdə çıxışı zamanı Sovet ordusunun həyata keçirdiyi vəhşiliklərdən danışıb, 20 yanvar hadisələri ilə bağlı Misir xalqının o zamanlar göstərdiyi həssaslıqdan söz açıb.

 

Səfir Ş.Abdullayev qanlı 20 yanvar hadisələrinin o zamanlar Misir ictimaiyyəti tərəfindən həssasısla qarşılanmasının Azərbaycan xalqı üçün yeni məlumatlar olduğunu deyərək, Azərbaycan xalqına göstərdiyi mənəvi dəstəyinə görə Misir xalqına təşəkkürünü bildirib.

 

Trend.az