Azərbaycan və Qazaxıstan TASIM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Posted by

Azərbaycan və Qazaxıstan TASIM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblərAzərbaycan və Qazaxıstan TASIM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Azərbaycan və Qazaxıstan TASIM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Superinformasiya Magistralının (TASIM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə etməyə nail olublar.

 

Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

 

Onun sözlərinə görə, Qazaxıstanla müqavilənin ilin birinci yarısında imzalanacağı gözlənilir və artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq olar.

 

Hazırda TASİM layihəsinə Rusiya (operator “Rostelekom”), Qazaxıstan (“KazTransKom”), Türkiyə (“TurkTelecom”), Çin (“ChinaTelecom”) cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi ilə təmsil olunub.

 

TASİM layihəsinin ümumilikdə 20 ölkəni birləşdirməsi nəzərdə tutulub. Onun reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasındaı “informasiya uçurumu”nu aradan qaldırmağa imkan verəcək.

 

Trend/az