Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Brüsseldə toplantı keçiriləcək

Posted by

Aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə fevral ayında Brüsseldə IV Ali Səviyyəli toplantı təşkil ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, toplantıda Latviya, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Albaniya, Ukrayna, Macarıstan, Hollandiyanın sabiq prezidentləri və baş nazirləri, o cümlədən İtaliya və Türkiyənin sabiq xarici işlər nazirlərinin və bir sıra digər nüfuzlu liderlərin iştirakı nəzərdə tutulub.

Toplantıda dünya üçün təhlükə olan terrorizm, xüsusilə Fransada və Nigeriyada törədilmiş terror aktları, münaqişələr və narahatlıq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edəcəyi toplantıda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusu müzakirə olunacaq.

AzərTac.az