Azərbaycan prezidenti: “Ötən il danışıqlarda müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı”

Posted by

Azərbaycan prezidenti: "Ötən il danışıqlarda müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı"“ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir, fəaliyyət var, ancaq nəticə yoxdur”

Azərbaycan prezidenti: "Ötən il danışıqlarda müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı"

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalır. Bu məsələdə Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ və öz qardaşını dəstəkləyir”.

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Türkiyə və Azərbaycan prezidentlərinin Ankarada keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.

 

Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: “Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur”.

 

İ. Əliyev vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirdi, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu: “Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmir. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.

 

 

Apa.az