Anjey Kaspşikin mandatı rəsmən uzadılıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı rəsmən uzadılıb.
ATƏT-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq qərar bu gün ATƏT Daimi Şurasının iclasında açıqlanıb.
Polşalı diplomat 18-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
Qeyd edək ki, A. Kaspşik 1997-ci ilin yanvarından bu vəzifədədir.
Apa.az