Prezident İlham Əliyev: “Bu tarixin seçilməsi çox müdrik addımdır”
Azərbaycan və Türkiyə prezidentləri Çanaqqala zəfərinin 100-cü ildönümünü birlikdə qeyd edəcək. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.
Tədbirin aprelin 24-də keçiriləcəyini nəzərə çatdıran Azərbaycan dövlət başçısı bu tarixin seçilməsinə görə R. T. Ərdoğana təşəkkür edib: “Bu tarixin seçilməsinə görə sizə çox minnətdaram. Çox müdrik addımdır”.
Apa.az