Media nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublar

Posted by

Media nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublarMedia nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublar

Media nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublar

Bu gün bir qrup media nümayəndəsi Qazax rayonun ön cəbhədə yerləşən kəndlərində olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ön cəbhədə xidmət edən əsgərlər Azərbaycan ordusunun yüksək əhval-ruhiyyədə olduğunu və düşmənə hər an layiqli cavab verildiyini bildiriblər.

 

Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu kəndlər, mülki əhali, təsərrüfat sahələri, vətəndaşların şəxsi əmlakı, o cümlədən heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlər iri çaplı pulemyotlardan, minaatan və qumbaraatanlardan atəşə məruz qalıb.

Ordumuzun cavab atəşi ilə düşmən susdurulub.

 

Jurnalistlər həmçinin Qazax rayonunun təmas xəttində yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə də baş çəkiblər. Bu kəndlərin sakinləri ermənilərin mütəmadi olaraq atəşkəs rejimini pozduğunu, mülki əhalini və evləri atəşə tutduqlarını bildiriblər. Amma buna baxmayaraq əhali öz işinə davam edir, həmin kəndlərdə həyat öz axarı ilə davam edir.

 

Apa.az