Azərbaycanda tikintilərin dövlət reyestrinin aparılması qaydaları təsdiq edildi

Posted by

Azərbaycanda tikintilərin dövlət reyestrinin aparılması qaydaları təsdiq edildiAzərbaycanda tikintilərin dövlət reyestrinin aparılması qaydaları təsdiq edildi

Azərbaycanda tikintilərin dövlət reyestrinin aparılması qaydaları təsdiq edildi

Azərbaycan hökuməti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nı təsdiq edib.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” təsdiq edib.

 

Reyestrə tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən obyektin tikintisinə icazənin surəti, sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat daxildir.

 

Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilir: “Tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları, tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası, tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi, tikinti obyektinin istismar təyinatı, tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki). reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi). Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri. Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti”.

 

Trend.az