Azərbaycan parlamentinin 2015-ci ildə ilk iclasının tarixi və gündəliyi məlum olub
Azərbaycan Milli Məclisinin 2015-ci ildə işə başlama və ilk iclasının tarixi, o cümlədən ilk iclasın gündəliyinin məzmunu açıqlanıb.
Parlamentdən APA-ya verilən məlumata görə, qanunverici orqan yanvarın 15-dən etibarən qış tətilini başa vuraraq yeni ildə işinə başlayacaq.
Komitələrin iclasları ilə işə başlayan Milli Məclisin builki ilk iclası fevralın 1-i bazar gününə düşdüyü üçün, fevralın 2-də keçiriləcək. İclasın gündəliyinə parlamentin yaz sessiyasında iş planı, Azərbaycanın bir sıra dövlətlərlə imzaladığı sazişlərin təsdiqi, “Elm haqqında” qanun layihəsinin müzakirəsi və bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.
Apa.az