Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırır

Posted by

Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırırBakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırır

Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırır

“Bakı Metropoliteni” QSC “bənövşəyi” xəttin ilk iki stansiyasının – “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılması üzrə planlarını saxlayır. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

 

Onun sözlərinə görə, qeyd edilən stansiyaların yaradılması çərçivəsində əsas tikinti işləri demək olar başa çatıb: “Hazırda zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır”.

 

N. Paşayev əlavə edib ki, stansiyaların tikintisi üzrə işlər davam edir: “Plana uyğun olaraq onların artıq bu iı istismara verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Bakı Metropoliteninin “bənövşəyi” xətti 12 stansiyadan ibarət olacaq.

 

Trend.az