ABŞ Azərbaycanlılar Şəbəkəsi Fransa xalqına başsağlığı verib
ABŞ Azərbaycanlılar Şəbəkəsi Fransanın ABŞ-dakı səfiri Jerar Aroya Parisdəki faciəli hadisələrlə əlaqədar məktub göndərib.
ABŞ Azərbaycanlılar Şəbəkəsinin Direktorlar Şurası Fransa səfirinə müraciətlə “Şarli Ebdo” jurnalının əməkdaşlarına hücumla əlaqədar başsağlığı verib. Məktubda deyilir: “Biz bu qəddar vandalizm aktını qeyd-şərtsiz və tamamilə pisləyirik”.
Təşkilatın nümayəndələri Fransa xalqı üçün bu ağır gündə onlarla həmrəy olduqlarını bildirərək qeyd ediblər ki, terrorizm bütün təzahür formalarında pislənməli və təqsirkarlar məhkəmə qarşısında cavab verməlidirlər. Müraciətdə deyilir: “Biz, azərbaycanlılar, azadlıq, demokratiya və Fransa xalqı ilə etnik tolerantlıq dəyərlərinə şərikik və bu faciəli günlərdə sizin yanınızdayıq”.
AzərTac.az